Blenheim Palace sarayının bağında təxminən 200 il ərzində gül dibçəyi və dekorativ hovuz kimi istifadə edilən mərmər əsərin əslində 1700 illik Roma lahidinin bir hissəsi olduğu məlum olub.
Mütəxəssislərin araşdırmasına görə, eramızın III əsrinə aid olan bu nadir artefakt uzun illər adi bağ bəzəyi hesab edilib. Yalnız 2017-ci ildə aparılan ekspertiza zamanı onun qədim Roma dövrünə aid qiymətli lahid parçası olduğu müəyyənləşdirilib.
Təxminən 400 kiloqram ağırlığında olan əsər bərpa edildikdən sonra sarayın daxilində nümayiş etdirilməyə başlanıb. Araşdırma zamanı lahid üzərində qədim Roma mifologiyasına aid fiqurların təsvir olunduğu da üzə çıxıb.
Alimlər əsərin İngiltərəyə necə gətirildiyinin isə hələ də naməlum qaldığını bildirirlər.
Prestij.media
















