2026-cı il FIFA Dünya Kubokunun G qrupunda Misir millisi Yeni Zelandanı 3:1 hesabı ilə məğlub edib.
Hesabı 15-ci dəqiqədə Yeni Zelandiya yığmasının futbolçusu Surman açsa da, Misir ikinci hissədə oyunun gedişatını dəyişib. Afrika təmsilçisinin qollarını 58-ci dəqiqədə Ziko, 67-ci dəqiqədə Məhəmməd Salah və 82-ci dəqiqədə Trezege vurublar.
Bu qələbədən sonra Misir xallarının sayını 4-ə çatdıraraq qrup liderliyinə yüksəlib. Yeni Zelandiya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Prestij.media
















