Xərçəngin müalicəsi və erkən diaqnostikası sahəsində əldə olunan üç yeni nailiyyət tibb dünyasında böyük maraq doğurub. Söhbət mədəaltı vəzi, ağciyər və beyin şişləri ilə bağlı aparılan son araşdırmalardan gedir.
Mütəxəssislərin bildirdiyinə görə, yeni hazırlanan dərman mədəaltı vəzi xərçəngi xəstələrində yaşam müddətini iki dəfə artırıb. Ağciyər xərçənginin isə sadə qan analizi vasitəsilə xəstəlik ortaya çıxmazdan təxminən 5 il əvvəl müəyyən edilə biləcəyi açıqlanıb.
Bundan başqa, “Hetairos” adlı süni intellekt modeli beyin şişlərinin 100-dən çox alt növünü cəmi bir neçə dəqiqə ərzində müəyyən edə bilir. Araşdırmalara görə, bu texnologiya bəzi hallarda mütəxəssislərdən daha yüksək dəqiqlik nümayiş etdirib.
Alimlər hesab edirlər ki, bu yeniliklər xərçəngin erkən aşkarlanması və fərdiləşdirilmiş müalicə imkanlarının genişlənməsində mühüm rol oynayacaq.
Prestij.media
















