Avropanı təsiri altına alan güclü istilər Fransada vəziyyəti kritik həddə çatdırıb. Ölkədə temperatur 41 dərəcəyə qədər yüksəldiyi üçün hökumət fövqəladə tədbirlər görməyə başlayıb.
Fransanın bir çox bölgəsində ən yüksək risk səviyyəsi elan edilib. Paris də daxil olmaqla 35 bölgədə “qırmızı xəbərdarlıq”, 45 bölgədə isə “narıncı xəbərdarlıq” qüvvədədir. Meteoroloji xidmət ölkə üzrə temperaturun 38–41 dərəcə arasında olacağını bildirib.
Hökumət xüsusilə böyük musiqi festivalı zamanı təhlükəsizliyi artırmaq üçün bəzi məhdudiyyətlər tətbiq edib. Qərara əsasən, yüksək riskli bölgələrdə açıq ərazilərdə alkoqol istehlakına qadağa qoyulub.
Mütəxəssislər bildirir ki, Avropada artan bu istilər iqlim dəyişikliyinin təsirini daha da gücləndirir və qitə tarixində rekord temperatur dalğaları müşahidə olunur.
prestij.media
















