ABŞ və İran arasında əldə olunmuş anlaşma memorandumunun icrasına dair ilk texniki danışıqlar İsveçrənin Bürgenstok qəsəbəsində start götürüb. Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən görüşlərdə tərəflər razılaşmanın tətbiqi mexanizmlərini müzakirə edirlər.
İran rəsmiləri bildiriblər ki, Livanda müharibənin dayandırılması ilə bağlı öhdəliklər yerinə yetirilməyincə, genişmiqyaslı danışıqların başlanması mümkün deyil. Eyni zamanda, Tehran İsrailin Livana hücumlarını davam etdirməsi halında Hörmüz boğazının açılmayacağını bəyan edib.
Bu arada, İsrail mediası ABŞ-ın Livandakı gərginliyin azaldılması üçün Təl-Əvivə təzyiq göstərdiyini yazıb. Məlumata görə, Vaşinqtonun İsraildən Livanın cənubundan geri çəkilməsini tələb etməsi də gündəmdədir.
Qeyd edək ki, İsrailin martın 2-dən bəri Livana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 4 mini ötüb. ABŞ-İran təmaslarının regionda gərginliyin azalmasına töhfə verəcəyi gözlənilir.
Prestij.media
















