Rusiyanın qanunsuz ilhaq etdiyi Krımda yanacaqdoldurma məntəqələrində yanacaq satışı müvəqqəti olaraq dayandırılıb.
Krımın qondarma rəhbəri Sergey Aksyonovun açıqlamasına görə, yanacaq yalnız həyati vacib xidmətlərin fəaliyyəti və təhlükəsizliyin təmin olunmasına cavabdeh dövlət qurumlarına veriləcək.
Qeyd edək ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodlarına həyata keçirdiyi hücumlar fonunda ölkədə yanacaq təminatı ilə bağlı problemlər yaranıb. Bu səbəbdən Rusiya hökuməti bazarda sabitliyi qorumaq üçün müxtəlif məhdudiyyətlər tətbiq edir.
//Prestij.media
















