• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.5° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

16 İyun, 26 / 10:43
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.

Prestij.media xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın Azərbaycanın regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olunub, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulanıb.

Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edilib, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirilib.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunulub, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edilib.

Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.

Bənzər Xəbərlər

Manşet

Prezidentin iş kabinetində təkcə bu heykəl var – Foto

İyun 19, 2026
Cəmiyyət

Köç karvanı Xankəndi şəhərinə çatıb

İyun 19, 2026
Manşet

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

İyun 19, 2026
Cəmiyyət

“ASAN xidmət” modeli BMT-də nümunə kimi təqdim olundu

İyun 19, 2026
Cəmiyyət

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

İyun 19, 2026
Manşet

Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda!

İyun 19, 2026

XƏBƏR LENTİ

Prezidentin iş kabinetində təkcə bu heykəl var – Foto

19 İyun, 26 / 12:54

Köç karvanı Xankəndi şəhərinə çatıb

19 İyun, 26 / 12:48

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

19 İyun, 26 / 12:46

“ASAN xidmət” modeli BMT-də nümunə kimi təqdim olundu

19 İyun, 26 / 12:13

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

19 İyun, 26 / 11:54

1978 Dünya Çempionatı: Futbolun siyasətlə kölgələndiyi ən mübahisəli turnirlərdən biri

19 İyun, 26 / 11:53

Həkimlərin “yaşamaz” dediyi 8 yaşlı Hülya çətin əməliyyatdan sonra həyata qayıdıb

19 İyun, 26 / 11:49

Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda!

19 İyun, 26 / 11:45

WhatsApp-dan yeni premium model: Aylıq abunə sistemi istifadəyə verilib

19 İyun, 26 / 11:41

Nijer paytaxtında hava limanına silahlı hücum: 35 ölü

19 İyun, 26 / 11:38
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.