Şri-Lankada 2023-cü ildə çıxarılan və iki il sonra təsdiqlənən bənövşəyi ulduz sapfirin öz növündə dünyanın ən böyük nümunəsi olduğu açıqlanıb. Mütəxəssislərin daşa 300-400 milyon dollar, yəni təxminən 14,5-19,3 milyard türk lirəsi dəyər biçdiyi və onun satışa çıxarılacağı bildirilib.
Şri-Lankanın Ratnapura bölgəsi yaxınlığındakı mədən sahəsində 2023-cü ildə çıxarılan və “Star of Pure Land” adı verilən sapfirin dünyanın sənədləşdirilmiş ən böyük təbii bənövşəyi ulduz sapfiri olduğu müəyyənləşdirilib. Məlumata görə, daş çıxarıldığı vaxt digər daşlarla birlikdə alınıb. Sahibləri təxminən iki il sonra onun xüsusiyyətlərini müəyyən edib və iki ayrı beynəlxalq laboratoriyada yoxlatdırıblar.
Gemologiya məsləhətçisi Aşan Amarasinghe cilalanaraq yumru formaya salınan daşın aydın altı şüalı işıq naxışına malik olduğunu bildirib. Beynəlxalq ekspertlərin qiymətləndirməsinə əsasən, sapfirin bazar dəyərinin 300-400 milyon dollar arasında ola biləcəyi hesablanır. Daşın sahibləri təhlükəsizlik səbəbilə kimliklərini açıqlamayıb və onu satmağa hazır olduqlarını bildiriblər. Lakin satışın baş tutub-tutmadığı barədə hələlik rəsmi məlumat yoxdur.
Prestij.media
















