Səudiyyə Ərəbistanında yerləşən Desert Rock Resort və Nujuma Ritz-Carlton Reserve dünyada ilk dəfə “Qaranlıq Göy” sertifikatı alan istirahət məkanları olub. Bu ərazilər işıq çirkliliyinin qarşısını alan xüsusi işıqlandırma sistemi ilə hazırlanıb.
Sertifikatlaşdırma zamanı məkanların coğrafi mövqeyi, gecə ekosisteminə həssaslığı və süni işığın azaldılması üçün tətbiq olunan texniki həllər qiymətləndirilib. Məqsəd təbii qaranlığı qorumaq və gecə səmasının aydınlığını təmin etməkdir.
Qırmızı dəniz adalarındakı Nujuma Resort ulduz müşahidələri üçün xüsusi turlar təşkil edir. Desert Rock Resortda isə teleskopların yerləşdiyi Astronomiya Mərkəzi fəaliyyət göstərir və ziyarətçilər burada planetləri, meteor yağışlarını və gecə səmasını izləyə bilirlər.
Prestij.media
















