• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.7° Weather Columbus
$
1.7
€
1.9474
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu çimərliklərdə çimmək qadağan edildi – Fotolar

22 İyun, 26 / 14:35
A A

2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.

Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.

Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.

Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.

Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.

 





Bənzər Xəbərlər

Manşet

Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İyun 22, 2026
Manşet

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İyun 22, 2026
Manşet

Honkonqda kassirsiz mağaza açılıb: Bütün işləri tək robot görür

İyun 22, 2026
Manşet

Robot süpürgələr tarix olur: Yeni nəsil ev köməkçiləri təhlükə yarada bilər

İyun 21, 2026
Manşet

ABŞ-İran danışıqları İsveçrədə başlayıb

İyun 21, 2026
Cəmiyyət

5-ci “YAŞAT” düşərgəsinin ilk həftəsi uğurla başa çatıb

İyun 21, 2026

XƏBƏR LENTİ

Gündə bir stəkan pivə xərçəng riskini artırır

22 İyun, 26 / 14:55

Bu çimərliklərdə çimmək qadağan edildi – Fotolar

22 İyun, 26 / 14:35

Parabadmintonçumuz İbrahim Əliyev Fransada beynəlxalq turnirin bürünc medalını qazanıb

22 İyun, 26 / 14:27

Robin Hud əfsanəsi ilə bağlı məşhur palıd ağacı quruyub

22 İyun, 26 / 14:08

Ağcaqanadlar pivə içənləri daha çox dişləyir

22 İyun, 26 / 14:04

D vitamini çatışmazlığı bu xəstəlikləri tətikləyə bilər

22 İyun, 26 / 13:57

GTA 6-nın Avropa qiymətləri sızıb: Gözlənilən rəqəmlər müzakirə yaradır

22 İyun, 26 / 13:53

Yatağa girən kimi yuxuya getmək sağlamlıq siqnalı olmaya bilər

22 İyun, 26 / 13:49

Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

22 İyun, 26 / 13:47

Pakistanda dəhşətli qəza: Avtomobil məscidə girib

22 İyun, 26 / 13:45
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.