İsveçrədə keçirilən ABŞ-İran danışıqları mühüm nəticələrlə yekunlaşıb. İran rəsmilərinin bildirdiyinə görə, əldə olunan razılaşma çərçivəsində ölkəyə qarşı tətbiq edilən blokada aradan qaldırılıb və dondurulmuş aktivlərin bir hissəsinin geri qaytarılmasına başlanılıb.
İranın xarici işlər naziri Abbas Araghchi sosial şəbəkədə paylaşdığı açıqlamada Pakistan və Qətərin vasitəçiliyi ilə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, neft və neft-kimya məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılıb, bəzi dondurulmuş vəsaitlər azad edilib və İran üçün genişmiqyaslı bərpa və inkişaf proqramına start verilib.
Nazir qeyd edib ki, əsas sınaq bundan sonra Livandakı gərginliyin tam şəkildə aradan qaldırılması olacaq.
Prestij.media
















