Honkonqda insan əməkdaşı olmayan və yalnız bir humanoid robot tərəfindən idarə olunan yeni mağaza fəaliyyətə başlayıb.
Şəhərin sahil ərazisində qurulan 24 saatlıq mağazada alıcılara xidmət göstərən “Xiao Gai” adlı robot məhsulları rəflərə düzür, sifarişləri hazırlayır və ödəniş prosesini həyata keçirir. Robot bir neçə dildə danışa və müştərilərlə ünsiyyət qura bilir.
Layihəni həyata keçirən şirkət bu innovativ mağazaların gələcəkdə daha geniş tətbiq olunacağını və müxtəlif şəhərlərdə yüzlərlə analoji obyektin açılmasının planlaşdırıldığını bildirib.
Mütəxəssislər isə robotların iş yerlərində insanları əvəz etməsinin sürətlə artdığını qeyd etsələr də, bu texnologiyaların hələ də müəyyən risklər daşıdığını vurğulayırlar.
Prestij.media
















